italiyada bəzi nazirlik və dövlət qurumlarının saytlarına kiberhücumlar olub

roma, 18 fevral, arhd.media


italiyada bəzi nazirlik və dövlət qurumlarının saytlarına kiberhücumlar olub


italiyada bəzi nazirliklərin və dövlət qurumlarının saytları kiberhücumlara məruz qalıb.

arhd.media xəbər verir ki, italiyanın şirkətləri və “made in italy”, daxili işlər və maliyyə nazirliklərinin bəzi saytları, eləcə də maliyyə polisinin saytının rusiyapərəst hakerlərin kiberhücumlarına məruz qaldığı bildirilir. həmin saytlar “noname057” haker qrupunun kiberhücumlarından zərər çəkib.

italiya milli kibertəhlükəsizlik agentliyi kiberhücumlara məruz qalan qurumların saytlarının funksional fəaliyyət göstərməsi üçün lazımi dəstək göstərib. daha əvvəl milanın malpensa və linate aeroportlarının, taranto və trieste limanlarının, həmçinin “monte paschi” və “intesa san paolo” banklarının, bəzi it şirkətlərinin və özəl qurumların saytları rusiyapərəst hakerlərin kiberhücumlarına məruz qalmışdı.

xatırladaq ki, ukrayna prezidenti volodimir zelenskinin yanvarın 9-da romaya səfəri zamanı da italiyanın bəzi dövlət qurumlarının saytlarına kiberhücumlar olmuşdu.

Baxış sayı: 5 636

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə