Almaniyanın xarici işlər naziri İohan Vadeful BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşünün səbəbini açıqlayıb.


“ARHD.MEDiA” xəbər verir ki, almaniyalı nazir bu barədə “Zweites Deutsches Fernsehen” teleşirkətinə müsahibəsində danışıb. 


Onun sözlərinə görə, Lavrovla ilk olan bu görüşünü xarici həmkarlarının xahişi ilə keçirib.  


Nazir bildirib ki, bu dialoq Moskva ilə təmaslarda Avropanın monopoliyanı ABŞ-yə verməməsi üçün mütləq idi. 

“Aydındır ki, hökumətlərimiz arasında mövqelər baxımından kəskin fikir ayrılıqları mövcuddur. Lakin elə bu barədə də danışmaq lazımdır. Soyuq müharibə dövründə də dialoq hər zaman var idi”, - deyə o vurğulayıb. 


Xatırladaq ki, Lavrovla Vadefulun görüşü 2022-ci ilin yanvarından bu yana Rusiya və Almaniya XİN rəhbərləri arasında ilk danışıqlar olub. Görüş təqribən 20 dəqiqə davam edib.

Baxış sayı: 2 852

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə