ABŞ Prezidenti Donald Tramp süni intellekt üçün yeni federal işçi qrupu yaradıb.


“ARHD.MEDiA” xəbər verir ki, buna səbəb ölkənin siyasətini və federal qurumların fəaliyyətini əlaqələndirmək məqsədi olub.


Tramp yeni qurumu “Super Intelligence Force” (SIF) adlandırıb.


Qrupa ABŞ Milli Kəşfiyyat direktoru Cey Kleyton rəhbərlik edəcək. Qrupun digər rəhbər şəxsləri Federal Ticarət Komissiyasının sədri Endryu Ferqyuson, Pentaqonun baş texnologiya direktoru Emil Maykl və Personal İdarəetmə Ofisinin direktoru Skott Kupordur.


Yeni qurumun əsas məqsədi ABŞ-nin qabaqcıl süni intellekt sahəsində qlobal liderliyini qorumaq, texnologiyanın yaratdığı risk və imkanları araşdırmaq və federal hökumətin bu sahədə hansı rolu oynamalı olduğunu müəyyənləşdirməkdir. İşçi qrupu fəaliyyətinin nəticələri ilə bağlı hesabatı 120 gün ərzində təqdim etməlidir. 

Baxış sayı: 3 431

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə