Oktyabrın 4-də Braziliyada prezident seçkiləri keçirilib. 


“ARHD.MEDiA” xarici mətbuata istinadən xəbər verir ki, artıq seçki bülletenlərinin 98,72%-i sayılıb.


Ən son məlumatlara görə, Liberal Partiyanın namizədi, senator Flaviu Bolsonaru seçicilərin 47,25%-nin, hazırkı dövlət başçısı Luis İnasio Lula da Silva isə 44,9%-nin səsini qazanıb. Qalan namizədlər onlardan xeyli geridə qalıblar. 


Sabiq Braziliya Prezidenti Jair Bolsonarunun oğlu olan Flaviu Bolsonaru əsas rəqibini qabaqlasa da, bu, ona birinci turda qalib gəlmək üçün kifayət etməyib. Beləliklə, Bolsonaru və Lula da Silva seçkilərin ikinci turunda mübarizə aparacaqlar. 


Qalan bülletenlərin nəticələrə ciddi təsir etməyəcəyi bildirilir. 


İkinci turun 25 oktyabr 2026-cı il tarixində keçirilməsi planlaşdırılıb.

Baxış sayı: 3 638

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə