Konqonun şimal-qərbində iki gəminin toqquşması nəticəsində 30 nəfər ölüb.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb.


Bildirilib ki, ölənlərlə yanaşı, on nəfər itkin düşüb, 57 nəfəri isə xilas etmək mümkün olub. Axtarış-xilasetmə işləri davam edir.


Qeyd edilib ki, gəmilərdən biri Businga şəhərindən ölkənin paytaxtı Kinşasaya, digəri isə Kinşasadan Lukolelaya gedirmiş. Onlardan birində 163 nəfər olub. İkinci gəmidə neçə nəfərin olması barədə hələ ki, məlumat yoxdur.

Baxış sayı: 2 422

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə