İstanbulun Maltepe rayonunun Cevizli məhəlləsində 7 mərtəbəli binanın alt 3 mərtəbəsi çöküb. Hadisə oktyabrın 8-də saat 05:40 radələrində Doğu küçəsində baş verib.


“ARHD.MEDiA”nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə yerinə AFAD, yanğınsöndürmə, səhiyyə və polis qrupları göndərilib.


Binanın çökməyən üst mərtəbələrində qalan şəxslər xilasedicilər tərəfindən təxliyə edilib.


Dağıntılar altında axtarış-xilasetmə əməliyyatları davam etdirilir.


Binanın alt 3 mərtəbəsinin hansı səbəbdən çökdüyü hələlik məlum deyil.


***


“TRT Haber”in məlumatına görə, dağıntılar altında qalan 14 nəfərdən 8-i xilas edilib.


6 nəfərin axtarışları hələ davam etdirilir.


Hadisə ilə bağlı araşdırma başladılıb.


***


Xilas edilənlərin sayı 10 nəfərə çatıb. 


Bununla belə, hadisə nəticəsində 2 nəfər həlak olub. 2 nəfərin axtarışları davam etdirilir. 

 

Baxış sayı: 3 252

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə