ABŞ-li milyarder İlon Mask noyabrın 3-də keçiriləcək aralıq Konqres seçkiləri öncəsi Respublikaçılar Partiyasına 276 milyon dollar ianə edib. Bu məbləğlə o, seçki kampaniyası çərçivəsində partiyanın ən böyük donoru olub.


“ARHD.MEDiA” xəbər verir ki, Maskın iyul ayından bəri etdiyi ianələrin 158 milyon dolları Respublikaçı Senat namizədlərini dəstəkləyən Senat Liderlik Fonduna yönəldilib.


Milyarder özünün siyasi fəaliyyət komitəsi olan “America PAC” vasitəsilə də 76 milyon dollar bağışlayıb.


Noyabrın 3-də keçiriləcək aralıq seçkilərdə Nümayəndələr Palatasının bütün 435 üzvü, eləcə də, Senatın 100 yerindən 33-ü müəyyənləşəcək. Respublikaçılar Konqresdəki çoxluqlarını qorumağa çalışırlar.


Mask 2024-cü il prezident seçkilərində də Donald Trampı və digər Respublikaçı namizədləri dəstəkləyərək təxminən 288 milyon dollar ianə etmişdi. Əvvəllər siyasi xərclərini azaltmağı düşündüyünü bildirsə də, milyarder 2026-cı il seçkiləri ərəfəsində Respublikaçılara yenidən böyük məbləğdə maliyyə dəstəyi göstərib.

Baxış sayı: 2 319

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə