Ukrayna ötən gecə Rusiyanın ballistik raket hücumları ilə bağlı Qərb tərəfdaşlarından kəşfiyyat məlumatları almayıb. 


“ARHD.MEDiA” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.


“Tərəfdaşlarımız ballistik raket buraxılışı barədə bizi xəbərdar etməyiblər. Ukrayna artıq ikinci dəfədir ki, xəbərdar edilməyib”, - dövlət başçısı vurğulayıb. 


Zelenski həmçinin ABŞ administrasiyasından Rusiyanın neft emalı zavodlarına hücumlar davam etdiriləcəyi təqdirdə, Vaşinqtonun Kiyev ilə kəşfiyyat sahəsində əməkdaşlığı dayandıra biləcəyi barədə xəbərdarlıq aldığını qeyd edib.


Bununla belə, o, Ukraynanın enerji infrastrukturuna zərbələrin davam etdirildiyi müddətdə Rusiyanın enerji və logistika obyektlərinə hücumların dayandırılmayacağını diqqətə çatdırıb. 

Baxış sayı: 2 423

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə