Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkənin enerji infrastrukturuna son günlərdə ən intensiv hücumlarından birini həyata keçirdiyini açıqlayıb. Hücumlar nəticəsində 15-dən çox enerji obyekti hədəf alınıb.


“ARHD.MEDiA”nın xəbərinə görə, Zelenski sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, Rusiya ordusu dünən axşamdan etibarən Ukraynaya 320-dən çox pilotsuz uçuş aparatı (PUA) və raketlə hücum edib.


Prezidentin sözlərinə görə, elektrik enerjisi ilə bağlı yaranan problemlərin aradan qaldırılması üçün ölkənin müxtəlif bölgələrində təmir və bərpa işləri fasiləsiz davam etdirilir.


Zelenski Rusiyanın qış başlamazdan əvvəl Ukrayna əhalisini çətin vəziyyətə salmağa çalışdığını vurğulayıb. O bildirib ki, Moskvanın məqsədi milyonlarla insanı elektrik enerjisi və istilikdən məhrum etməkdir.


Ukrayna lideri Rusiyaya qarşı sanksiyaların yumşaldılmamasına çağırıb.


Qeyd edək ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin yaydığı məlumata görə, gecə və səhər saatlarında ölkənin müxtəlif bölgələrinə endirilən zərbələr nəticəsində iki nəfər həlak olub, 45 nəfər yaralanıb.

Baxış sayı: 3 391

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə