Şimali Koreya lideri Kim Çen In oktyabrın 19-da paytaxt Pxenyanda keçirilən geyim və ayaqqabı sərgisini ziyarət edib.


“ARHD.MEDiA” xəbər verir ki, Şimali Koreya rəhbərinin vəfatı ilə bağlı sosial şəbəkələrdə gəzən şayiələrin fonunda, Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) sözügedən tədbirdən kadrlar yayımlayıb.


Təqdim olunan fotolarda Kim Çen Inın uşaq ayaqqabılarına və qadın paltolarına baxdığı, həmçinin yanındakı rəsmilərlə danışarkən aktiv jestlərdən istifadə etdiyi görünür.


Qeyd edək ki, KXDR liderinin ölümü barədə iddiaları ABŞ-də məskunlaşan çinli dissident Vantszyun Se ortaya atmışdı. O, Kimin ağır beyin qanaması keçirdiyini, komaya düşdüyünü və Pekinə aparıldıqdan sonra həyatını itirdiyini bildirmişdi.


Kim Çen In ölüb? - İddia


KMTA-nın verdiyi məlumata görə, təşkil olunan tədbirdə 70 mindən çox geyim növü və 170 min cütdən artıq ayaqqabı ziyarətçilərə təqdim edilib. Sərgidə ümumilikdə 270-dən çox müəssisə iştirak edib. Agentlik qeyd edir ki, Şimali Koreya lideri istehsal olunan məhsulların dizayn keyfiyyətinin artırılmasına və əyalətlərdə yüngül sənayenin, xüsusilə ayaqqabı və paltar istehsalının genişləndirilməsinə dair çağırışlar edib.

 

Baxış sayı: 3 742

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə