Fransada veb-saytların infrastrukturunda geniş istifadə olunan PHP proqramlaşdırma dilində aşkar edilmiş kritik təhlükəsizlik zəifliyinə görə prefekturaların internet səhifələri müvəqqəti olaraq bağlanıb.


“ARHD.MEDiA”nın xəbərinə görə, Fransa Daxili İşlər Nazirliyi bildirib ki, kibertəhlükəsizliyə cavabdeh Milli İnformasiya Sistemləri Təhlükəsizliyi Agentliyinin (ANSSI) tələbi ilə nazirliyin bir sıra saytları ehtiyat tədbiri olaraq texniki xidmət üçün oflayn rejimə keçirilib.


Nazirliyin açıqlamasına görə, bu addım PHP-də kritik təhlükəsizlik boşluğunun aşkarlanmasından sonra atılıb. Saytlar bərpa edilənədək vətəndaşlar prefekturaların qərarları, təcili bildirişləri və göstərişləri barədə məlumatları onların sosial media hesabları və elanları vasitəsilə əldə edə bilərlər. Nazirlik texniki yeniləmələrin mümkün qədər tez başa çatdırılması üçün işlərin davam etdiyini bildirib.


Qeyd edək ki, PHP-dəki təhlükəsizlik boşluğu səbəbindən dünyanın müxtəlif ölkələrində, o cümlədən dövlət qurumlarına məxsus çoxsaylı saytlara giriş də qismən və ya tamamilə dayandırılıb.

Baxış sayı: 3 826

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə