İran “bombaların atası” adlandırılan yeni silah növünü təqdim etməyə hazırlaşır. 


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhəbbi yerli SNNTV telekanalına müsahibəsində bildirib.


“Biz “bombaların atası”nı təqdim etməyə hazırlaşırıq. Bu, düşmən üçün tamamilə yeni bir silah olacaq”, - o deyib. 


Bununla belə, Hüseyn Möhəbbi silahın xüsusiyyətləri barədə məlumat verməyib. 


Xatırladaq ki, bir neçə gün öncə CNN telekanalı ABŞ-nin İrana qarşı öz arsenalındakı ən güclü qeyri-nüvə bombasından istifadə edə biləcəyi barədə xəbər yayıb. Məlumata görə, söhbət çəkisi 9,8 ton olan GBU-43/B Massive Ordnance Air Blast (MOAB) bombasından gedir. Bu zaman sözügedən sursat “bombaların anası” adlandırılmışdı.

Baxış sayı: 4 121

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə