Ermənistan Milli Assambleyasının bugünkü iclası təhlükəsizlik xidməti əməkdaşlarının iclas zalına çağırılması ilə başlayıb. 


“ARHD.MEDiA” Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə müxalif “Güclü Ermənistan” blokunun deputatı Edqar Kazaryan çıxış edərkən baş verib.


Belə ki, Kazaryan çıxışı zamanı parlamentin spikeri Ruben Rubinyanı tənqid edib.


Rubinyan müxalif deputatdan bir neçə dəfə cari gündəliklə bağlı çıxış etməsini xahiş etsə də, Kazaryan buna məhəl qoymayıb. Nəticədə spiker deputatın mikrofonunun söndürülməsini tələb edib, bir qədər sonra isə o, təhlükəsizlik xidməti əməkdaşlarının müşayiəti ilə tribunadan uzaqlaşdırılıb. 

Baxış sayı: 3 086

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə