Ermənistanda müxalif “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın və siyasətçinin qardaşı oğlu, partiyanın parlamentdəki fraksiyasının rəhbəri Narek Karapetyanın evlərində axtarışlar aparılır.


“ARHD.MEDiA” Ermənistan mediasına istinadən xəbər verir ki, İstintaq Komitəsinin müstəntiqləri tərəfindən aparılan axtarışlar bu gün səhər saatlarından etibarən başlayıb.


Partiyanın mətbuat katibi Aqavni Sukiasyanın sözlərinə görə, axtarışlar Karapetyan ailəsi ilə əlaqəli digər ünvanlarda da aparılır.


“Ermənistan İstintaq Komitəsinin İqtisadi Cinayətlərin və Qaçaqmalçılığın Araşdırılması Baş İdarəsində açılmış cinayət işi çərçivəsində eyni vaxtda 65 ünvanda axtarışlar aparılır”, - məlumatda deyilir.


Bildirilib ki, söhbət “Ermənistan elektrik şəbəkələri” ilə bağlı iqtisadi xarakterli cinayətdən gedir.


Xatırladaq ki, “Taşir” şirkətlər qrupunun sahibi olan Samvel Karapetyan 2025-ci ilin iyunundan İrəvanda həbsdədir. O, konstitusiya quruluşunu devirməyə çağırış və iqtisadi cinayətlərdə ittiham olunur.

Baxış sayı: 3 740

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə