Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Yəmənin şimalına nəzarət edən “Ənsar Allah” hərəkatı (husilər) tərəfindən Ər-Riyada doğru buraxılmış qanadlı raketi vurub.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə husilərə qarşı mübarizə aparan hərbi koalisiyanın sözçüsü Türki əl-Maliki “X” sosial şəbəkəsində məlumat verib.


“Husilər tərəfindən Ər-Riyada doğru buraxılan qanadlı raket ələ keçirilərək məhv edilib”, - o qeyd edib.


Əl-Maliki raketin vurulması nəticəsində hər hansı insan itkisi və ya ziyanın olub-olmadığını açıqlamayıb.

Baxış sayı: 2 871

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə