“Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”.


“ARHD.MEDiA” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Merilendə uçuşundan əvvəl hava limanında jurnalistlərin suallarını cavablandırarkən deyib.


O, gələn həftə Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Zirvəsi (APEC) çərçivəsində Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə bir araya gələ biləcəyini bildirib.


Liderlərlə mümkün görüşlərin gündəmində qlobal təhlükəsizliyin əsas problemlərinin dayandığını qeyd edən Tramp müzakirə olunacaq mövzulara toxunub. O, qarşıdakı görüşlərin “olduqca maraqlı” keçəcəyini vurğulayaraq, xüsusilə nüvə silahsızlanması və Yaxın Şərqdə, o cümlədən İranda müharibənin dayandırılması məsələlərinin masada olacağını qeyd edib.

Baxış sayı: 3 180

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə