“İranın 7 şərtinə təslim olun!”


“ARHD.MEDiA” xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai sosial media hesabında yazıb.


O, ABŞ-nin İrana qarşı apardığı siyasətin iflasa uğradığını qeyd edib.


Rezai ABŞ Prezidenti Donald Trampın İranla danışıqların müsbət istiqamətdə getməsi barədə dediklərini sərt şəkildə təkzib edib.


O, bu cür açıqlamaları “xəyali”, yayılan xəbərləri isə “yalan” adlandırıb: “İrana qarşı aparılan müharibə artıq ABŞ hökumətini məhv edib, lakin Vaşinqton çarəsiz qumarbaz kimi çırpınır. Qərbi Asiyada yeni nizamı rədd etməyi dayandırın. İranın dəfələrlə irəli sürdüyü yeddi şərtə təslim olmağın vaxtıdır”.


Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında İranla danışıqların yaxşı getdiyini, prosesin tezliklə başa çatacağına ümid etdiyini və yeni hərbi əməliyyata ehtiyac duyulmadığını bildirmişdi.

Baxış sayı: 2 989

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə