bakı, 24 fevral, arhd.media


pakistanın baş naziri məhəmməd şahbaz şərifin rəsmi qarşılanma mərasimi olub video


azərbaycan respublikasına dövlət səfərinə gələn pakistan islam respublikasının baş naziri məhəmməd şahbaz şərifin fevralın 24-də rəsmi qarşılanma mərasimi olub.

arhd.media xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda pakistanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

azərbaycan prezidenti ilham əliyev pakistanın baş naziri məhəmməd şahbaz şərifi qarşıladı.

fəxri qarovul dəstəsinin rəisi pakistanın baş nazirinə raport verdi.

pakistan islam respublikasının və azərbaycan respublikasının dövlət himnləri səsləndirildi.

fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezident ilham əliyevin və baş nazir məhəmməd şahbaz şərifin qarşısından keçdi.

azərbaycan prezidenti ilham əliyev və pakistanın baş naziri məhəmməd şahbaz şərif rəsmi foto çəkdirdilər.

Baxış sayı: 2 242

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə