israil ordusu livana yeni hava zərbəsi endirdiyini açıqlayıb
israil hərbi hava qüvvələri livan ərazisinə yeni zərbə endirərək “hizbullah” silahlı birləşmələrinin üzvlərindən birini məhv edib.
“arhd.media” xəbər verir ki, bu barədə israil ordusunun mətbuat xidməti məlumat yayıb.
“bir qədər öncə israil hərbi hava qüvvələri livanın əl-qasra bölgəsində 4 400-cü bölməyə aid mühüm bir “hizbullah” terrorçusuna qarşı dəqiq və kəşfiyyat məlumatlarına əsaslanan zərbə endirib”, – bəyanatda bildirilir.
ordu məhv edilmiş radikalın adını açıqlamasa da, onun cənub livanda atəşkəs razılaşmasını pozduğunu vurğulayıb.
“terrorçu israil və livan arasında əldə edilən atəşkəs razılaşmasını dəfələrlə pozub. o, müharibə zamanı “hizbullah” üçün silah daşımaqda iştirak edib və məhz yeni qaçaqmalçılıq əməliyyatları planlaşdırdığı an hədəfə alınıb”, – məlumatda qeyd olunub.
israil tərəfinin versiyasına görə, “hizbullah”ın 4 400-cü bölməsi silah qaçaqmalçılığı ilə məşğul olmağa davam edir. “bu, israil dövlətinə təhlükə yaradır və israil ilə livan arasındakı razılaşmaları pozur”, – hərbçilər vurğulayıb.






















