bakı, 5 mart, arhd.media
politico: brüssel ukrayna sammitinin pozulacağından ehtiyatlanır
avropa ittifaqı ukraynaya həsr olunan sammitin macarıstanın mövqeyinə görə pozulacağından ehtiyatlanır.
arhd.media xəbər verir ki, “politico” nəşri bu barədə avropalı diplomatlara istinadla məlumat yayıb.
kiyev və vaşinqton arasında münasibətlərin pisləşməsi fonunda martın 6-da brüsseldə avropa ittifaqının müdafiə məsələləri və ukraynaya yardımla bağlı fövqəladə sammiti keçiriləcək. ai sammitdən əvvəl hazırlanan yekun bəyanat layihəsində kiyevə müntəzəm və proqnozlaşdırıla bilən maliyyə yardımını davam etdirəcəyinə vəd verib.
lakin avropalı diplomatlar budapeştin bu bəyanatla razılaşmayacağından ehtiyatlanırlar. macarıstanın baş naziri viktor orban avropa ittifaqının sammitdə ukraynaya hərbi yardım əvəzinə, öz təhlükəsizlik strategiyasını müzakirə etməli olduğunu vurğulayıb.
bir müddət öncə avropa ittifaqı şurasının rəhbəri antonio koşta sammitin keçiriləcəyini təsdiqləyərək, konkret qərarların qəbulu üçün avropa komissiyası və ai-yə üzv ölkələrlə sıx əməkdaşlıq edəcəyini bildirib.






















