qahirə, 6 mart, arhd.media
iran hökuməti şərqi azərbaycan vilayətində bulud səpilməsi layihəsinə başlayır
iran hökuməti şərqi azərbaycan vilayətində bulud səpilməsi layihəsinə başlayır.
arhd.media irna agentliyinə istinadla xəbər verir ki, bunu iranın energetika naziri abbas əliabadi təbrizdə mətbuata açıqlamasında bildirib.
nazir qeyd edib ki, son illər ölkədə yağıntı miqdarı azalıb, su qıtlığı var.
“su israfının qarşısını almaq nazirliyin prioritet istiqamətlərindəndir. bulud səpilməsi texnologiyası bir sıra dövlətlərdə, o cümlədən iranda artıq tətbiq olunur. bu üsul yaranmış su qıtlığı problemini tamamilə həll etməsə də, su ehtiyatlarının idarəsi üsullarından biri kimi təsirli ola bilər. qərbi azərbaycan vilayətində də bu layihə həyata keçiriləcək”, - deyə abbas əliabadi əlavə edib.
nazirin sözlərinə görə, bu üsul urmiya gölünün yenidən bərpasına da töhfə verə bilər.





















