isveç nato missiyası çərçivəsində polşaya “gripen” qırıcıları göndərəcək

stokholm, 7 mart, arhd.media



isveç nato missiyası çərçivəsində polşaya “gripen” qırıcıları göndərəcək


isveç nato-nun polşada həyata keçirəcəyi əməliyyatda iştirak etmək üçün heyət üzvləri ilə birlikdə səkkiz “jas gripen” qırıcısı göndərəcək.

arhd.media xəbər verir ki, qərar hökumətin mətbuat konfransında elan edilib.

isveçin müdafiə naziri pol yonsonun sözlərinə görə, missiyanın əsas məqsədi kollektiv təhlükəsizliyin gücləndirilməsi və strateji əhəmiyyətli logistika yollarının qorunmasıdır. “gripen” qırıcıları hava patrulu və mümkün təhdidlərin, o cümlədən pilotsuz uçuş aparatları və qanadlı raketlərin qarşısının alınması üçün istifadə olunacaq.

nazir vurğulayıb ki, isveçin bu missiyada iştirakı nato ilə müdafiə əməkdaşlığını gücləndirəcək və ölkənin silahlı qüvvələrinin əməliyyat uyğunluğu səviyyəsini artıracaq. o əlavə edib ki, “gripen” qırıcılarının göndərilməsi nato qüvvələrinin planlaşdırılmış rotasiyasının bir hissəsidir.

bundan əlavə, qərara alınıb ki, luleo şəhərində yerləşən “f21” aviasiya bölməsi bu ilin aprel-iyun aylarında polşanın hava məkanının patrul xidmətində iştirak edəcək. bu, isveçin “gripen” qırıcılarının müttəfiq dövlətin ərazisində belə bir missiyanı ilk dəfə yerinə yetirməsi olacaq.

Baxış sayı: 4 237

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə