nyu-york, 10 mart, arhd.media
bmt-nin nyu-yorkdakı baş qərargah binasında pekin bəyannaməsi və fəaliyyət platformasının (1995) icrası və qiymətləndirilməsinə həsr olunmuş qadınların statusu komissiyasının (csw69) 69-cu sessiyasının açılışı olub.
arhd.media xəbər verir ki, sessiyada azərbaycanı ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədri bahar muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
sessiya çərçivəsində yüksəksəviyyəli dəyirmi masa, həmçinin islam əməkdaşlıq təşkilatının (iət) islam ölkələri üzrə statistik, iqtisadi və sosial tədqiqat və təlim mərkəzi (sesric), bmt-də islam əməkdaşlıq təşkilatının daimi nümayəndəliyi, azərbaycan respublikasının kiçik və orta biznesin inkişafı agentliyinin (kobia) birgə təşkilatçılığı ilə “bakı iqlim koalisiyası – kob-ların yaşıl keçidi: qadınların gücləndirilməsi” mövzusunda yan tədbir keçiriləcək.
sessiyada hökumətlər, vətəndaş cəmiyyəti və fəallar qadın hüquqları, qadınların səlahiyyətləndirilməsi və gender bərabərliyi mövzularında müzakirə aparmaq üçün bir araya gələcəklər.

























