pekində iranın nüvə məsələsinə dair üçtərəfli görüş olacaq

pekində iranın nüvə məsələsinə dair üçtərəfli görüş olacaq

pekin, 12 mart, arhd.media

martın 14-də pekində iranın nüvə məsələsinə dair çin, rusiya və iranın üçtərəfli görüşü olacaq.

arhd.media xəbər verir ki, bu barədə çinin xarici işlər nazirliyi açıqlama yayıb.

görüşdə çin heyətinə xarici işlər nazirinin müavini ma caosu, rusiya heyətinə xarici işlər nazirinin müavini sergey ryabkov, iran heyətinə isə xarici işlər nazirinin müavini kazem qaribabadi rəhbərlik edəcək. tərəflər iranın nüvə məsələsindən başqa qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə edəcəklər.

qeyd edək ki, həftə ərzində 3 ölkə hind okeanının şimalında birgə hərbi dəniz təlimi də keçirib.

Baxış sayı: 3 537

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə