g7 ölkələri irandan nüvə silahının hazırlanmasından imtina olunmasını tələb edib
“böyük yeddilik” (g7) ölkələrinin xarici siyasət qurumlarının rəhbərləri irandan nüvə silahı yaratmaq planlarından əl çəkməyi tələb ediblər.
“arhd.media” tass-a istinadən xəbər verir ki, bu barədə onların kanadanın kvebek əyalətində keçirilən görüşün yekunlarına dair dərc olunmuş birgə bəyanatında deyilir.
“iran regionda qeyri-sabitliyin əsas mənbəyidir, ona nüvə silahı hazırlamağa və ya ona malik olmağa imkan verilməməlidir”, - bəyanatın mətnində deyilir.
nazirlər tehranı siyasi kursu dəyişməyə, deeskalasiyaya keçidə və diplomatiyanın xeyrinə seçim etməyə çağırıblar.
onlar həmçinin iranı ədliyyə sahəsində özbaşınalıqda və repressiya aləti kimi əcnəbilərə qarşı sui-qəsdlərin təşkilində ittiham ediblər.
qeyd edək ki, daha əvvəl iran xarici işlər nazirliyi böyük britaniya, fransa, abş və daha üç ölkənin islam respublikasında uranın zənginləşdirilməsi sürətinin artırılmasını müzakirə etmək üçün bmt təhlükəsizlik şurasının qapalı iclasının keçirilməsi tələbini tənqid etmişdi. tehran abş və avropa “üçlüyünün” (böyük britaniya, almaniya və fransa) iranın nüvə proqramı ətrafında yaranmış vəziyyətə yanaşmasını düşmənçilik kimi qiymətləndirir.





















