tramp abş-nin bir neçə keçmiş hökumət rəsmisinin mühakimə olunmasını tələb edir
abş prezidenti donald tramp birləşmiş ştatların 46-cı lideri cozef baydenin administrasiyasında işləyənlər də daxil olmaqla, bəzi keçmiş hökumət rəsmilərini müxtəlif qanun pozuntularına görə məsuliyyətə cəlb etməyə çalışdığını bildirib.
bu barədə "arhd.media" xarici kiv-ə istinadən xəbər verir.
"onlar amerika xalqının iradəsini pozmağa çalışmaq üçün bizim kəşfiyyat və hüquq-mühafizə orqanlarımızın böyük imkanlarından istifadə etdilər", - abş prezidenti sabiq hökumət rəsmilərinə, o cümlədən bayden administrasiyasının keçmiş rəsmilərinə işarə edərək deyib. "mən pozuntular və sui-istifadələrə görə tam məsuliyyət tələb edəcəyəm", - o, abş ədliyyə nazirliyində çıxış edərkən vurğulayıb.
“onlar mənim seçki kampaniyamın heyətində casusluq etdilər, bir-birinin ardınca şayiə və dezinformasiya əməliyyatı həyata keçirdilər, böyük miqyasda qanun pozuntularına yol verdilər, ailəmi, tabeliyimdə olanları və tərəfdarlarımı təqib etdilər, mar-a-laqodakı (trampın floridadakı mülkü - red) evimə basqın etdilər və amerika birləşmiş ştatlarının lideri olmağıma mane olmaq üçün əllərindən gələni etdilər”, - bayden vurğulayıb.
tramp xatırladıb ki, əvvəllər abş kəşfiyyatının 50-dən çox əməkdaşı rusiyanın cozef baydenin oğlu hanter baydenin noutbuku vasitəsilə kompromatların yayımlanması ilə əlaqəli olduğunu iddia edib.
"onlar bunun böyük bir yalan olduğunu bilirdilər", - tramp əlavə edib. “sonunda quldurlar məğlub oldular və həqiqət qalib gəldi”, - o əlavə edib.























