bakı 15 mart, arhd.media
abş prezidenti donald tramp amerika silahlı qüvvələrinə yəməndəki husi üsyançılarına güclü zərbələr endirməyi əmr edib.
arhd.media xəbər verir ki, bu barədə o, “truth” sosial şəbəkəsində yazıb: "bu gün mən abş ordusuna yəmənli terrorçulara - husilərə qarşı qəti və güclü addımlar atmağı əmr etdim".
tramp qərarını husilərin gəmilərə, təyyarələrə və dronlara atəş açması ilə əsaslandırıb.
"husi terrorçularına mesaj göndərirəm - sizin vaxtınız bitdi. bu gün hücumu dayandırmalısınız. əks halda, heç vaxt yaşamadığınız cəhənnəm əzabı çəkəcəksiniz", - deyə abş prezidenti əlavə edib.























