istanbul, 25 yanvar, günel karatepe, arhd.media
türkiyənin xarici işlər naziri hakan fidan yanvarın 26-da iraqa rəsmi səfər edəcək.
arhd.media xəbər verir ki, bu barədə türkiyənin xarici işlər nazirliyindən bildirilib.
məlumata əsasən, səfər çərçivəsində nazir hakan fidanın yüksəksəviyyəli iraq rəsmiləri ilə görüşləri planlaşdırılır.
görüşlərdə türkiyə-iraq ikitərəfli əlaqələrinin gündəmindəki əsas məsələlər və cari regional proseslər müzakirə ediləcək. hakan fidanın toplantılarda əsasən türkiyənin iraqla münasibətlərini inkişaf etdirmək niyyətini vurğulaması, iraqdakı sabitlik və təhlükəsizliyin bölgə üçün əhəmiyyəti, iraq və suriyadakı yeni hökumətlər arasında konstruktiv dialoq və yaxşı qonşuluq əlaqələrinin bölgə üçün faydaları, terrorla birgə mübarizə kimi məsələlərə diqqət çəkəcəyi gözlənilir.
qeyd edək ki, iraq 20 milyard abş dollarına yaxın ticarət həcmi ilə türkiyənin ən mühüm tərəfdaşlarından biridir. türkiyənin iraqla ikitərəfli əlaqələri və müxtəlif sahələrdə qurduğu əməkdaşlıq son dövrlərdə əhəmiyyətli inkişaf mərhələsinə keçib.
hakan fidanın ötən il martın 14-də bağdada səfəri çərçivəsində iki ölkə arasında yüksək səviyyəli təhlükəsizlik mexanizmi (ystm) toplantısı keçirilib. bu görüşdə pkk-nın “ortaq təhlükə” olaraq təyin edilməsi mövzusu daha da irəlilədilmiş, iraq hökuməti iraq milli təhlükəsizlik şurasının pkk-nı “qadağan olunmuş təşkilat” elan etdiyi qərarı barədə məlumat vermişdi. bu qərar iraqla terrorla mübarizə və təhlükəsizlik sahəsində əməkdaşlıq baxımından mühüm bir addım kimi qiymətləndirilib.





















