qazaxıstan ikinci və üçüncü aes-in inşa ediləcəyi məkanı müəyyənləşdirməyə başlayıb

astana, 17 mart, arhd.media



qazaxıstan ikinci və üçüncü aes-in inşa ediləcəyi məkanı müəyyənləşdirməyə başlayıb


qazaxıstan daha iki aes-in tikiləcəyi yeri müəyyən etmək üzrə işlərə başlayıb.

arhd.media xəbər verir ki, bu barədə qazaxıstan baş naziri oljas bektenovun “altı illik tərəqqi: qazaxıstan davamlı inkişaf yolunda” adlı məqaləsində qeyd olunub.

“prezidentin tapşırığı ilə nüvə enerjisi inkişaf etdirilir. birinci aes-in inşa ediləcəyi yer müəyyən olunub. daha iki stansiyanın tikiləcəyi məkanın müəyyən edilməsi üzrə işlərə başlanılıb”, - deyə baş nazirin rəsmi informasiya mənbəyində dərs olunan məqalədə bildirilib.

2024-cü il oktyabrın 6-da qazaxıstanda respublika səviyyəsində referendum keçirilib. ölkə əhalisinin əksəriyyəti aes-in tikintisini dəstəkləyib.

bundan əvvəl məlum olub ki, qazaxıstan birinci aes-i inşa edəcək namizədləri müəyyənləşdirib. siyahıya çinin “cnnc”, cənubi koreyanın “khnp”, rusiyanın “rosatom” və fransanın “edf” şirkətləri daxil olub.

Baxış sayı: 5 463

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə