bakı, 18 mart, arhd.media
“audi” 2029-cu ilədək almaniyada 7 min 500 iş yerini ixtisar edəcək
“volkswagen group” konserninə daxil olan lüks avtomobil istehsalçısı “audi” 2029-cu ilədək almaniyada 7,5 min iş yerini ixtisar etməyi planlaşdırır.
arhd.media xəbər verir ki, bu addım “audi” kompaniyasının məhsuldarlığını və gəlirliliyini artırmaq üçün nəzərdə tutulub. ixtisarların kompaniyanın illik xərclərini 1 milyard avrodan çox azaltmağa yardım edəcəyi gözlənilir.
“iqtisadi mühit getdikcə çətinləşir, rəqabət təzyiqləri və siyasi qeyri-müəyyənlik şirkət üçün böyük problemlər yaradır”, - deyə kompaniyanın bəyanatında bildirilir.
şirkətin baş direktoru gernot döllner, həmçinin kompaniyanın almaniya müəssisələrinə təxminən 8 milyard avro sərmayə yatırmağı planlaşdırdığını deyib.
qeyd edək ki, “audi” kompaniyasının bütün dünyada 87 mindən, o cümlədən almaniyada 54 mindən çox işçisi var.























