mdb çərçivəsində multimodal nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması üzrə strategiya hazırlanır

bakı, 19 mart, arhd.media


tacikistan respublikasının müstəqil dövlətlər birliyinə (mdb) sədrliyi çərçivəsində birlik ölkələrinin multimodal nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması üzrə strategiya layihəsinin hazırlanmasına başlanılıb.

arhd.media mdb icraiyyə komitəsinin məlumatına istinadla xəbər verir ki, tacikistan nəqliyyat nazirliyi bu məsələ ilə bağlı ekspert iclasının keçiriləcəyini elan edib.

mdb dövlət başçıları şurasının 8 oktyabr 2024-cü il tarixli qərarına əsasən, 2025-ci il yanvarın 1-dən mdb-yə sədrlik tacikistana keçib. həmin ilin yanvarında nəqliyyat infrastrukturunun inkişafına və multimodal dəhlizlərin rəqəmsallaşdırılmasına diqqət yetirən tacikistanın sədrlik konsepsiyası təqdim olunub.

strategiyanın hazırlanması prosesinə birləşmiş millətlər təşkilatının asiya və sakit okean üzrə iqtisadi və sosial komissiyasının (escap) ekspertləri, mdb ölkələrinin nəqliyyat və gömrük orqanlarının mütəxəssisləri cəlb olunub. ilk tematik görüş 2025-ci ilin martında banqkokda quru liman operatorları, logistika və multimodal nəqliyyat xidmətlərinin beynəlxalq forumu çərçivəsində keçiriləcək.

ekspertlərini fikrincə, bu təşəbbüs dayanıqlı inkişaf məqsədlərinə nail olunmasının mühüm tərkib hissəsi olan beynəlxalq nəqliyyatın səmərəliliyinin artırılmasına töhfə verəcək. 2050-ci ilə qədər yükdaşımalarına qlobal tələbatın 100 faiz, sərnişin daşımaları üzrə isə 79 faiz artacağı proqnozlaşdırılır.

Baxış sayı: 2 052

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə