kaya kallas: avropa ittifaqı kiyevə silah tədarükünü dayandırmayacaq

bakı, 19 mart, arhd.media


brüssel moskvanın atəşkəs rejimi üçün şərt kimi irəli sürməsinə baxmayaraq, ukraynaya silah tədarükünü dayandırmaq niyyətində deyil.

arhd.media xəbər verir ki, avropa ittifaqının diplomatik xidmətinin rəhbəri kaya kallas bunu “reuters” agentliyinə müsahibəsində deyib.

qeyd edək ki, kaya kallas martın 19-da brüsseldə avropa ittifaqının müdafiə məsələləri ilə bağlı “ağ kitab”ını təqdim edəcək. avropa komissiyası tərəfindən iqtisadiyyatın militarizasiyası üçün hazırlanan plan üzv ölkələrin hərbi potensialının və kiyevə silah tədarükünün artırılmasına yönəlib.

bu ərəfədə abş prezidenti donald tramp və rusiya lideri vladimir putin arasında baş tutan telefon danışığı zamanı ukrayna müharibəsində 30 günlük atəşkəs rejimi, eskalasiyanın qarşısının alınması və bir sıra beynəlxalq məsələlər müzakirə olunub. kremlin mətbuat xidmətinin məlumatına görə, vladimir putin tərəflərin enerji infrastrukturu obyektlərinə zərbələrdən qarşılıqlı imtinası ilə bağlı ağ evin təklifini qəbul edib.

Baxış sayı: 3 364

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə