bakı, 21 mart, arhd.media
israil qəzza zolağının cənubundakı rəfah şəhəri ərazisində hərbi əməliyyatlara başladığını elan edib.
arhd.media xəbər verir ki, bu barədə israil müdafiə qüvvələrinin komandanlığı bildirib.
"son bir neçə saat ərzində israil silahlı qüvvələri rəfah bölgəsində əməliyyatlara başlayıb. bundan əlavə, qəzzanın şimalında və mərkəzində əməliyyatlar davam etdirilir", - deyə israil ordusunun teleqram kanalında dərc edilən məlumatında deyilir.
məlumatda vurğulanır ki, israil ordusu və kəşfiyyat xidmətləri ölkə vətəndaşlarını qorumaq üçün qəzza zolağında fəaliyyətini davam etdirəcək.























