bakı, 21 mart, arhd.media
şimali koreya yeni hava hücumundan müdafiə raketini sınaqdan keçirib.
arhd.media xəbər verir ki, bu barədə “koreyanın səsi” radiostansiyası məlumat yayıb.
raketin hərtərəfli döyüş qabiliyyətini sınaqdan keçirmək məqsədi daşıyan buraxılış martın 20-də reallaşıb. onu şimali koreyanın raket istehsalı baş idarəsi həyata keçirib.
raketin sınaqlarını şimali koreya lideri kim çen in və koreya fəhlə partiyası mərkəzi komitəsinin hərbi komitəsinin yüksəkvəzifəli şəxsləri izləyiblər . yeni raket artıq istehsala buraxılıb.























