istanbul, 22 mart, arhd.media
iraqın istanbuldakı baş konsulluğuna silahlı hücum olub
iraq respublikasının istanbuldakı baş konsulluğuna motosikletlə gələn 2 şübhəli şəxs binaya atəş açıb.
arhd.media xəbər verir ki, şübhəlilər hücumdan sonra hadisə yerindən qaçıblar. hadisədə xəsarət alan olmayıb.
bölgəyə polis qrupları göndərilib, binanın yerləşdiyi küçədə təhlükəsizlik tədbirləri görülüb. şübhəlilərin saxlanılması üçün əməliyyat başladılıb.
türkiyə xarici işlər nazirliyinin sözçüsü öncü keçeli, təhlükəsizlik qüvvələrinin məsələni ciddi şəkildə araşdırdığını, şübhəlilərin müəyyənləşdirilməsi üçün işlərin aparıldığını bildirib.
keçeli qeyd edib ki, iraq rəsmiləri ilə mütəmadi əlaqə saxlanılır və iraqın ankara, istanbul və qaziantepdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyi üçün bütün tədbirlər görülüb.






















