bakı, 22 mart, arhd.media
adsea naxçıvanda tədbir keçirib
azərbaycan dövlət su ehtiyatları agentliyi (adsea) “iri şəhərlərin birləşmiş su təchizatı xidməti”nin nəqliyyat və xüsusi texnika idarəsinin naxçıvan şəhər sukanal idarəsində təşkil olunan növbəti tədbirində idarənin xüsusi texnika, nəqliyyat vasitələrinə baxış keçirilib.
bu barədə arhd.media adsea-dan məlumat verilib.
“iri şəhərlərin birləşmiş su təchizatı xidməti” nəqliyyat və xüsusi texnika idarəsinin rəis müavini ülfət kazımov bildirilib ki, naxçıvan şəhər sukanal idarəsinin tabeliyində 16 texnika var ki, onlardan 3-ü tam yenidir. digər texnikalar təmir edilib və normativ qaydalara uyğunlaşdırılaraq istismara verilib. texnikalar qənaət bəxşdir.
naxçıvan şəhər sukanal idarəsinin rəisi samir baxşəliyev ev isə qeyd edib ki, şəhər üzrə 27 min 160 abonentə xidmət göstərilir. idarənin tərkibində 4 qəza-bərpa avtomobili, 4 ekskavator-traktor, 1 bmc pro 625 xüsusi təyinatlı kanal təmizləyən və 2 özu boşaldan yük avtomobili mövcuddur. qeyd olunan texnikalar vasitəsi ilə qəza-bərpa xidməti tərəfindən 24 saat fasiləsiz olaraq əhaliyə xidmət göstərilir.
sonda idarənin nəzdində olan bütün növ avtomobillərə yerində baxış keçirilib və istismara hazırlıq vəziyyəti yoxlanılıb.



























