fransada irqçilik və faşizmə qarşı nümayişlər başlayıb

paris, 22 mart, arhd.media




fransada irqçilik və faşizmə qarşı nümayişlər başlayıb


beynəlxalq irqi ayrı-seçkiliyin aradan qaldırılması günü münasibətilə fransada irqçilik və faşizmə qarşı nümayişlər başlayıb.

arhd.media xəbər verir ki, bu gün münasibətilə fransızlar paris, renn, tuluza, bordo, marsel, monpelye, nant və avinyon şəhərlərində irqçilik və faşizmə qarşı nümayiş keçirir.

bu səfərbərlik çoxsaylı kollektivlərin, birliklərin, assosiasiyaların və solçu partiyaların çağırışı ilə təşkil olunub. bildirilir ki, nümayişlər vətəndaş cəmiyyəti və həmkarlar ittifaqları tərəfindən başladılıb. nümayişçilər cəmiyyətdə, iş yerində irqçiliyin artmasından, eləcə də sənədsiz və ya böyük çətinlik çəkən 3,5 milyon əcnəbi işçi ilə rəftar tərzindən çox narahat olduqlarını bildirirlər.

Baxış sayı: 3 460

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə