vaşinqton, 22 mart, arhd.media
abş-da atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb
abş-nin nyu-meksiko ştatının las kruses şəhərində atışma baş verib.
arhd.media-ın məlumatına görə, nəticədə 3 nəfər ölüb, 14 nəfər yaralanıb.
ölənlərin 16-19 yaş arası gənclər olduğu açıqlanıb. atışma gecə saatlarında parkda baş verib. polis hadisə ilə bağlı hələlik heç kəsi həbs etməyib, lakin faktlara əsasən araşdırma aparılır.























