22 mart 2025   arhd.media

husilər ben-qurion aeroportuna və qırmızı dənizdə abş gəmilərinə zərbə endirdiklərini bildiriblər


yəmənin üsyançı “ənsar allah” hərəkatından olan husilər təl-əvivdəki ben-qurion hava limanına, həmçinin “uss harry truman” aviadaşıyıcısının başçılıq etdiyi amerika təyyarə daşıyıcı qrupunun gəmilərinə zərbələr endiriblər.

“arhd.media” tass-a istinadən xəbər verir ki, bu barədə “al masirah” telekanalı husilər tərəfindən formalaşdırılmış silahlı qüvvələrin bəyanatını dərc edərək bildirib.

“biz işğal olunmuş yaffa bölgəsindəki (təl-əviv nəzərdə tutulur – red.) ben-qurion hava limanına “fələstin-2” hipersəs ballistik raketi ilə hücum etdik. bütün aviasiya şirkətlərini xəbərdar edirik ki, ben-qurion aeroportu hava hərəkəti üçün təhlükəsiz deyil və belə də qalacaq. hərbi hava qüvvələri “uss harry truman” amerika təyyarə daşıyıcısı ilə əlaqəli bir sıra hərbi gəmilərə hücum əməliyyatı həyata keçirib”, – məlumatda deyilir.

Baxış sayı: 6 243

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə