bmt: 2024-cü ildə miqrantlar arasında ölüm halları rekord həddə çatıb

bakı, 23 mart, arhd.media


ötən il miqrantlar üçün tarixdə ən ölümcül il olub. təhlükəli marşrutlarda təxminən 9 min nəfər həlak olub, onların hər on nəfərindən biri atışma kimi zorakı insidentlər nəticəsində həyatını itirib.

arhd.media xəbər verir ki, bu barədə bmt-nin miqrasiya agentliyinin bəyanatında qeyd olunub.

2024-cü ildə miqrasiya marşrutlarında azı 8938 nəfər həyatını itirib. ən çox ölüm halları asiya marşrutlarında qeydə alınıb, ardınca aralıq dənizi və afrika marşrutları, o cümlədən səhrə çölü gəlir.

“reuters” agentliyinin məlumatına görə, bmt-nin beynəlxalq miqrasiya təşkilatının hesabatında miqrantlar arasında ölüm hallarının azı 10 faizinin zorakılıq nəticəsində baş verdiyi bildirilir.

2021-ci ildən etibarən miqrantlar arasında qeydə alınan ölüm hallarının ümumi illik sayı artır. bununla yanaşı, bmqt-nin məlumatına görə, hər il minlərlə ölüm halı rəsmi qeydiyyata alınmaması səbəbindən nəzərə alınmır.

Baxış sayı: 2 518

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə