istanbul, 23 mart, arhd.media
istanbul böyükşəhər bələdiyyəsinin (ibb) sədri əkrəm imamoğlu bələdiyyə ilə bağlı aparılan "korrupsiya" araşdırmasında təqsirli bilinərək məsuliyyətə cəlb olunub, lakin onun “silahlı terror təşkilatına yardım” ittihamı ilə həbsinə dair tələb məhkəmə tərəfindən rədd edilib.
arhd.media xəbər verir ki, bu ifadələr istanbul respublika baş prokurorluğunun ibb ilə bağlı aparılan istintaqların nəticələrinə dair açıqlamasında yer alıb.
bildirilib ki, imamoğlunun həbsi ilə bağlı verilən qərarda “cinayət təşkilatı qurmaq və idarə etmək”, “rüşvət almaq”, “vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz mənfəət əldə etmək”, “qanuna zidd olaraq şəxsi məlumatların qeydə alınması” və “tenderlərə qanunsuz müdaxilə” kimi maddələr yer alır.
məhkəmədə alınan qərara görə, "korrupsiya" cinayətləri üzrə həbs olunanlar arasında bələdiyyənin mətbuat, nəşr və təbliğat xidmətlərindən cavabdeh qurumu “media aş”nin idarə heyətinin sədri murat ongun və imamoğlu inşaat şirkətinin baş direktoru tuncay yılmaz da var.























