kiyev, 23 mart, arhd.media
ukraynanın paytaxtı kiyevə kütləvi hava hücumu edilib.
arhd.media-ın xüsusi müxbirinin verdiyi məlumata görə, martın 22-si axşam saatlarından başlayaraq martın 23-nə keçən gecə boyu kiyevdə hava hücumundan müdafiə sistemi işə düşüb, ukrayna paytaxtında silsilə partlayış səsləri eşidilib.
kiyev şəhər hərbi administrasiyasının yaydığı məlumata görə, zərərsizləşdirilən kamikadze dronlarının düşməsi kiyevin 5 rayonunda qeydə alınıb. baş verən partlayış və yanğın nəticəsində azı 3 nəfər həlak olub, onlardan biri beş yaşlı uşaqdır. səkkiz nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
kiyevə edilən hava hücumu nəticəsində mülki infrastrukturda, xüsusilə hündürmərtəbəli yaşayış binalarında yanğın qeydə alınıb.



























