bakı, 24 mart, arhd.media
netanyahu və rubio yaxın şərqdəki vəziyyəti müzakirə ediblər
israilin baş naziri benyamin netanyahu və abş-ın dövlət katibi marko rubio telefonla yaxın şərqdəki vəziyyəti müzakirə ediblər.
arhd.media xəbər verir ki, bu barədə israilin hökumət başçısının ofisi məlumat yayıb.
"tərəflər regionda baş verən son hadisələri, o cümlədən girovların azad edilməsi və qəzza zolağında hərbi əməliyyatların bərpasını müzakirə ediblər. dövlət katibi rubio abş-ın israilə və onun siyasətinə tam və qeyd-şərtsiz dəstəyini ifadə edib", - məlumatda deyilir.























