bakı, 24 mart, arhd.media
din: cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
martın 22-də və 23-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
bu barədə arhd.media-a daxili işlər nazirliyinin (din) mətbuat xidmətindən məlumat verilib.
bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
bundan başqa, narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.























