bakı, 25 mart, arhd.media
yeni zelandiyada yerli vaxtla saat 14.43-də (bakı vaxtı 05.43) 6,8 maqnitudalı zəlzələ baş verib.
arhd.media xəbər verir ki, bu barədə abş geologiya institutu məlumat yayıb. zəlzələnin episentri adanın cənubundakı birinci yaşayış məntəqəsindən 160 km kənarda yerləşir.
institut okeanda sunami təhlükəsinin olmadığını bildirib. dağıntı və tələfat barədə məlumat yoxdur.






















