istanbul böyükşəhər bələdiyyəsi sədrinin yeni vəkili seçilib

istanbul, 26 mart, günel karatepe, arhd.media


istanbulda böyükşəhər bələdiyyəsi (ibb) sədrinin vəkili vəzifəsi ilə bağlı keçirilən səsvermə başa çatıb. seçkinin nəticələrinə görə, türkiyənin müxalif cümhuriyyət xalq partiyasının (chp) namizədi nuri aslan “korrupsiya” ittihamı ilə həbs edilən əkrəm imamoğlunun yerinə ibb sədrinin vəkili (müvəqqəti icraçı) seçilib.

arhd.media xəbər verir ki, yerli vaxtla saat 13:00-da başlayan seçkidə bələdiyyə məclisinin 314 üzvü səs verib, onların arasında chp-lilər çoxluq təşkil edir.

xatırladaq ki, bu gün istanbulda daha bir seçki şəhərin beylikdüzü rayonu üzrə keçirilib və bu səsvermədə bələdiyyə sədrinin vəkili olaraq önder serkan çebi müəyyən edilib.

martın 23-də məhkəmə prosesi nəticəsində həbsinə qərar verilən ibb başçısı əkrəm imamoğlu, şəhərin beylikdüzü ilə şişli rayon bələdiyyələrinin sədrləri mehmet murat çalık və resul emrah şahan müvəqqəti tədbir olaraq vəzifələrindən kənarlaşdırılıblar. istanbul valiliyinin qərarı ilə şişli kaymakamı bu rayon üzrə bələdiyyə sədrinin vəkili olaraq təyin edilib.

Baxış sayı: 4 688

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə