pekin, 29 mart, arhd.media
myanmada martın 28-də baş verən 7,7 bal gücündə zəlzələnin fəsadları nəticəsində ölənlərin sayı 1002-yə çatıb.
arhd.media xəbər verir ki, myanmanın dövlət idarə şurası bu barədə açıqlama yayıb. son məlumata görə 2376 nəfər xəsarət alıb, 30 nəfər isə itkindir. axtarış-xilasetmə işləri davam edir.
yeraltı təkan paytaxt naypyida şəhəri və mandalay regionunda xeyli dağıntıya səbəb olub. bəzi yaşayış məntəqələrində elektrik təchizatı və mobil rabitə sistemi pozulub. paytaxt ilə ölkənin ən böyük şəhərini birləşdirən magistral yola, xüsusən də körpülərə və yol ötürücülərinə ziyan dəyib. nəticədə yolun müəyyən hissəsindən istifadə etmək mümkün deyil.
myanma ittifaqı respublikasının dövlət idarə şurasının sədri min aunq hlainq yardım üçün beynəlxalq ictimaiyyətə müraciət edib.
qeyd edək ki, martın 28-də yerli vaxtla saat 12:10-da myanmada 7,7 bal gücündə zəlzələ olub. zəlzələdən sonra 2,8-7,5 aralığında 12 afterşok qeydə alınıb.























