israil vasitəçilərdən qəzza ilə bağlı təklif alıb
israil vasitəçilərdən qəzza zolağı ilə bağlı təklif aldıqdan sonra cavab təklifi irəli sürüb.
“arhd.media” xəbər verir ki, bu barədə israil hökumətinin başçısının dəftərxanası məlumat yayıb.
“baş nazir binyamin netanyahu vasitəçilərdən alınmış təklifdən sonra bir sıra məsləhətləşmələr keçirib. son saatlarda israil birləşmiş ştatlarla tam əməkdaşlıq şəraitində vasitəçilərə öz qarşı təklifini təqdim edib”, – bəyanatda deyilir.
daha əvvəl həmas hərəkatı qəzza zolağında atəşkəslə bağlı misir və qətərin şərtlərini qəbul edib. bu ölkələr radikallar və israil arasında danışıqlarda vasitəçi kimi çıxış edirlər.























