ermənistan ktmt-yə maliyyə ayırmaqdan imtina edib

tbilisi, 31 mart, arhd.media



ermənistan ktmt-yə maliyyə ayırmaqdan imtina edib


rəsmi irəvan kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının (ktmt) katibliyinə təşkilatın maliyyələşdirilməsinə dair sazişi imzalamaqdan imtina etdiyini bildirib.

arhd.media xəbər verir ki, bu barədə yerli mətbuat ermənistan xin-in mətbuat xidmətinə istinadən məlumat yayıb.

“ermənistan tərəfi ktmt katibliyinə “ktmt-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamadığını və müvafiq olaraq bu təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcəyini rəsmən bildirib”, - deyə ermənistan xin-dən bildiriblər.

nazirliyin məlumatına görə, ktmt-nin daxili prosedurlarına uyğun olaraq, təşkilatın illik büdcəsi haqqında məlumat ictimaiyyətə açıqlanmayacaq.

qeyd edək ki, bundan əvvəl rusiya xarici işlər nazirinin müavini bəyan etmişdi ki, ermənistan 2025-ci ilin sonuna qədər müvafiq rüsumları ödəməsə, ktmt-yə üzv ölkələr vəziyyətin inkişafı üçün müxtəlif ssenarilər nəzərdən keçirə bilər.

Baxış sayı: 6 551

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə