kişineu, 7 aprel, arhd.media
amerika birləşmiş ştatları moldovada bəzi layihələrin maliyyələşdirilməsini bərpa edəcək.
arhd.media moldova mətbuatına istinadla xəbər verir ki, bunu abş-dan işgüzar səfərdən qayıdan moldova parlamentinin spikeri iqor qrosu deyib. "bəzi layihələrin maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparılıb. yaxşı siqnallar var. layihələrin adını çəkmək istəmirəm, amma bizim eşitdiyimiz layihələr var, onlar prioritet sahələrdədir”, - deyə iqor qrosu bildirib.
xatırladaq ki, donald tramp vəzifəyə gəldikdən sonra abş-ın moldovaya maliyyə layihələrini dayandırıb.






















